image-383668_res_01-kopyabackend

Azərbaycanın MiQ-29 qırıcıları düşməni İsrail raketləri ilə vuracaq

image-reklam_sirab_01

Azərbaycan İsraildən “hava-hava” tipli I-Derby ER raketləri aldığı bildirilir.

Veteninfo.az xəbər verir ki, bu haqda “Azerbaijan Armed Forces” Telegram-kanalında məlumat yayılıb. Məlumatda sövdələşmənin təfərrüatları göstərilmir, amma bildirilir ki, raketlər artıq MiQ-29 qırıcılarında tətbiq olunmaq üçün Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olub. I-Derby ER raketləri İsrailin “Rafael” şirkəti tərəfindən istehsal olunur və “Derby” ailəsindən olan raketlərin dərindən modernizasiyasıdır.

I-Derby ER raketləri orta mənzillidir, hədəfi 100 kilometrə qədər məsafədən vura bilər. Raketin ümumi kütləsi 118, döyüş başlığının ağırlığı 23 kiloqramdır. Raketin hədəfə yönləndirilməsi kombinə edilib və uçuş mənzilinin ortalarına qədər komanda-inersiya sisteminə əsaslanır, mənzilin sonuna yaxın isə raket radilokasiya siqnalları əsasında hədəfə müstəqil yönəlir. Başlıq təmassız lazerlidir.

Bu raketlərin daşıyıcıları kimi F-16C/D, F-5, “Mirage”, JAS-39 “Gripen”, habelə MiQ-21 və MiQ-29 sovet qırıcıları hesab edilir.

2019-cu ildə Hindistan da Rusiyanın R-77 “hava-hava” raketlərindən imtina etməyə və İsraildən I-Derby ER raketlərini almaq niyyətini açıqlamışdı. Bununla bağlı daha sonra informasiya daxil olmayıb.

Xatırladaq ki, İsrailin”Rafael” şirkəti Azərbaycan ordusunu “Spike NLOS” və “Spike” yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz edir. Bu raketlər 2020-ci ildə 44 günlük müharibə zamanı düşmənin çoxsaylı hərbi texnikası məhv edilmişdi. İndi Azərbaycanın MiQ-29 qırıcılarının I-Derby ER “hava-hava” raketləri ilə təchiz edilməsi bu təyyarələrə düşmənin yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin zərbə zonasına daxil olmadan hava hədəflərinə dəqiq zərbə endirməyə imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki