image-editor_4c2a53e9b5a027e5d63217d46f86bef2_68twyu3g1p0qsk5xbjlnbackend

Azərbaycanın MİQ-ləri TÜRKİYƏ SƏMASINDA

image-reklam_sirab_01

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb.
Məlumata görə, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

NATO-nun faktiki iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və kombinə əməliyyatlar üçün təlim səviyyələrini artırmaq məqsədi daşıyır.

Hərbi pilotlar hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı və 2 ədəd “Su-25” hücum təyyarəsi iştirak edir.

Təlim iyulun 3-dək davam edəcək.

image-368026_src image-368025_src image-368024_src image-368039_res_01


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki