image-reklam-veteninfo
image-362949951_584382580566735_8477422058946779682_nbackend

“Azərbaycanla bağlı İran-ABŞ əməkdaşlığı iki ölkə arasında sülh danışıqlarına necə gətirib çıxara bilər?”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Entekhab” saytı National İnterest nəşrinə istinadla yazır: “Hazırda sülhün qorunmasına dair təkliflər bir-biri ilə birbaşa döyüşən, amma davamlı həllə nail olmaq üçün Azərbaycanı dəstəkləyən Türkiyə və Ermənistanı himayə edən İranın gələcək potensial danışıqlarda iştirakına yönəlməsini labüd edir.

Buna nail olunsa, İran və Türkiyənin gərginlik yaradan addımları azaltmaq öhdəliyi Qarabağda eskalasiyanın daha ciddi münaqişəyə çevrilməsinin qarşısını alacaq. Rusiya sülhməramlıları bölgədə gərginliyin qarşısını almaqda səmərəsiz olduğundan, BMT sülhməramlıları bu vəziyyəti saxlamaq üçün neytrallığın ideal təminatçısıdır.

ABŞ dərk etməlidir ki, o, Türkiyə və İranın qarşıdakı Qarabağ sülh danışıqlarında iştirakından önəmli qazanc əldə edə bilər.

Bu, təkcə bir çox mühüm məsələlər üzrə açıq dialoq üçün imkan yox, həm də Qarabağda davamlı sülhə çatmaq ehtimalını mümkün olan ən yüksək səviyyəyə çatdıra bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki