image-images-1backend

Azərbaycanlıların 61,1 faizi pulunu manatda saxlayır- RƏSMİ

image-reklam_sirab_01

Sosial Tədqiqatlar Mərkəzi 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində bir neçə mövzu üzrə telefon sorğusu keçirib. Sorğuda əminlik intervalı 95.0%, xəta marjası 3.0% təşkil edib.

Sorğuda üç istiqamət üzrə suallar soruşulub:

–    Mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər

–    Manatın məzənnəsindən gözləntilər və Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətinin dəyərləndirilməsi
–    Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət

Demoqrafik

Telefon zəngi vasitəsilə keçirilən sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə təsadüfi qaydada seçilən 1073 respondent iştirak edib. Orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən 53.5% işləyir, 7.8% isə işləmir. Evdar qadın və təqaüdçülərin çəkisi müvafiq olaraq 20.1% və 14.9% təşkil edib. Seçmədə aylıq gəliri 251-500 manat arası olanların çəkisi yüksəkdir (42.5%).

Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət

Sorğuda Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair də iki sual soruşulub. Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi erməni xalqı müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəməsini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib.

Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%). Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki