image-1624349827_0001backend

Baba Rzayev DÖVLƏTƏ NECƏ ŞƏRİKLİK EDİR… – Daha bir ŞÜBHƏLİ TENDER

image-reklam_sirab_01

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elan etdiyi iki tenderin qaliblərini açıqlayıb.

Veteninfo.az xəbər verir ki, 6/10/0,4 kV-luq xətlərində elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların satın alınması üzrə müsabiqənin qalibi “Energo” MMC olub. Qurum şirkətə 342 211.8 AZN ödəməlidir.
Sabit və dəyişən gərginliyi ölçən elektron cihazların və onların aksesuarlarının satın alınması üzrə tenderin qalibi isə “Electro Service” MMC olub. “Azərişıq” ASC ilə şirkət arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 879 903.76 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Energo” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 40 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A, məhəllə 142, mənzil 82-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğludur.
Açıq mənbələrdə “Energo” MMC və Rəşad Şıxıyev barəsində hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2558.09 AZN vergi borcu var.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Həmçinin qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması gərəkdir. Cəmi 1 ildir yaranan “Energo” MMC-nin bu tələblərə cavab verməsi inandırıcı görünmür.
“Elektro Service” QSC-yə gəlincə 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur.
Bu şirkət barəsində də açıq mənbələrdə məlumatlar məhduddur. Lakin mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlarda qeyd edilir ki, “Elektro Service” QSC “Azərenerji”nin rəhbəri Baba Rzayevin nəzarətində olan şirkətdir. “Azərişıq” ASC-nin bu şirkəti maliyyə dəyəri 1 milyona yaxın olan tenderin qalibi elan etməsinin sirri bu ola bilər./REPORTYOR.info


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki