image-tttbackend

Bakı – İrəvan dialoqu iyunda Vaşinqtonda keçiriləcək – ABŞ Dövlət Departamenti

image-reklam_sirab_01

ABŞ Dövlət Departamenti iyunda Vaşinqtonda keçiriləcək Bakı -İrəvan  dialoqunu təsdiqləyib və Ermənistan-Azərbaycan danışıqlarından məmnunluğunu bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” xəbər yayıb.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan, o cümlədən [iki ölkə] liderlərinin Kişinyovda keçirilən son görüşündən məmnunluğunu ifadə edir”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Rəsmi əlavə edib: “Biz bu ayın sonunda Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə can atmağa davam edirlər. Birbaşa dialoq problemlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki