image-demirbackend

Bakı-Moskva-İrəvan  nəqliyyat əlaqələrini açmağa hazırlaşır

image-reklam_sirab_01

Azərbaycan-Rusiya və Ermənistan bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin  inkişafında qərarlıdır.

 

Veteninfo.az xəbər verir ki.bu fikirləri  Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.İrəvanda erməni mediasına müsahibəsində  Overçuk bildirib ki,üçtərəfli işçi qrupu görüşlər keçirir,ardıcıl yeddinci olan son görüş, avqustun ortalarında Moskvada keçirilib: “ Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirmək niyyətindədirlər. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr aparılır”. Aleksey Overçukun  fikrincə  nəqliyyat marşrutlarının bərpası bölgədə yeni imkanlar yaradacaq.

Qeyd edək ki, 2021 -ci il yanvarın 11 -də Azərbaycan,Rusiya və Ermənistan liderləri – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında aparılan danışıqlardan sonra baş nazir müavinlərinin rəhbərliyi altında işçi qrupunun yaradıldığı elan edildi. Eyni zamanda dəmir yolu, nəqliyyat, o cümlədən təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növlərinin təmin edilməsi məqsədiylə  mütəxəssis alt qrupları yaradılmışdı. Komissiyanın işi sərhəddə vəziyyətin gərginləşməsi səbəbindən müvəqqəti olaraq dayandırılıb, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki