image-robertbackend

Bakı Qarabağ məsələsini nəhayət həll etdiyini açıqlayıb- Robert Köçəryan

image-reklam_sirab_01

Xocalı qatillərindən biri,Ermənistanın ikinci prezidenti əmindir ki, hakimiyyət Qarabağla bağlı bütün məsələləri qəsdən Rusiyaya köçürür.

 

Veteninfo.az  Sputnik-Armeniaya istinadən xəbər verir ki, Xocalıda Azərbaycan türklərinə qarşı ən amansız qətliyamları həyana keçirənlərdən biri,Ermənistanın ikinci prezindeti Robert Köçəryan bildirib ki,  Ermənistan hakimiyyəti Dağlıq Qarabağ haqqında danışmağı dayandırıb və qəsdən bütün sualları Rusiya tərəfinə yönləndirir. Robert Köçəryan bildirib ki,o əmindir ki,bu Nikol paşinyan hökumətin yürütdüyü siyasətin bir hissəsidir: “Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olmağı dayandırdı, üstəlik, ölkə hakimiyyət əllərini  Qarabağdan çəkib”.

 

Onun sözlərinə görə, Qarabağ indi qeyri -müəyyənlik içərisindədir, səlahiyyətlilər hətta bu barədə danışmaqdan belə çəkinirlər, məskunlaşma mexanizmləri məsələsini də qaldırmırlar. Eks-prezident əmindir ki, yaxın gələcəkdə cəmiyyət Qarabağla bağlı bütün məsələləri Rusiya tərəfi ilə əlaqələndirəcək, o cümlədən istənilən xoşagəlməz qərarlar:”Bütün bunlar qəsdən edilir”.

O, Ermənistan tərəfinin danışıqlar masası üzərində ciddi bir arqument və mexanizminin olmadığını da vurğulayıb.

“Bu arada Bakı Qarabağ məsələsini nəhayət həll etdiyini açıqlayır”-deyən  Köçəryan əlavə edib ki,Sülhməramlı qüvvələrin qalma müddəti bitdikdən sonra Bakının Qarabağda sülhməramlıların mandatından imtina edəcəyi təqdirdə nə olacağı barədə hakimiyyətə ritorik bir sual ünvanlayır: “Hər gün özümə də sual verirəm ki, Bakı Rusiya sülhməramlı missiyasının mandatını uzatmağa razı olmasa, nə olacaq? Görəsən indiki hökumət bu sualı özünə verirmi?”

 

Qeyd edək ki, Azərbaycan,Rusiya və  Ermənistanın dövlət başçılarıİlham Əliyev,Vladimir Putin və Nikol Paşinyan 10 noyabrda Ermənistanın faktiki olaraq qəbul etdiyi kaputuliyasiya aktını qəbul etdilər.

!0 noyabr anlaşması ilə, Azərbaycanın Xankəndi şəhərinə Rusiya Federasiyasının 1960 hərbi qulluqçusu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika olan sülhməramlı kontingenti  münaqişəsi zonasına yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki