image-selcuq-bayraqdarbackend

Balanslar dəyişdi: TÜRK SİHALARI GÖY ÜZÜNƏ HAKİM/VİDEO

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,“Baykar” şirkətinin texnik direktoru Səlçuk Bayraktar, CNN Türk ekranlarında Türkiyənin müdafiə texnologiyaları sahəsində inkişafından bəhs etdib. Rabitə texnologiyaları sahəsində ixracat tərəfinə keçdiklərini izah edən Bayraktar, uçan avtomobil layihəsi “Cezeri” ilə bağlı detalları da açıqlayıb. İHA və SİHA -ların təyyarələrdən daha mürəkkəb quruluşa sahib olduğunu və bir SİHA -da 100 -ə yaxın kompüter olduğunu ifadə edən Bayraktar bildirb ki,Türkiyənin müdafiə sənayesində atdığı addımlar bütün dünyada rezonans doğurmağa davam edir: “Xüsusilə pilotsuz uçuş aparatları ilə döyüşlərdə böyük uğurlar əldə edən İHA və SİHA -lar yüksək qiymətləndirilir. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə İHA və SİHAların böyük payı oldu”.

Bayraktar, Türkiyənin SİHA sahəsində bir marka olduğunu və təkcə havada deyil, quruda da bir çox yeni layihələr üzərində işlədiklərini bildirb.

image-6122079f4e3fe104cc1d6aef

Uçan bir avtomobil olan Cezeri ilə bağlı araşdırmaların davam etdiyini ifadə edən Bayraktar, “Əlbəttə ki, ilk növbədə idman məqsədləri üçün istifadə ediləcəyini düşünürəm. Hamı yarışır. Bu açıq şəkildə belədir. Yalnız rəqabət aparanlar bu sahənin qurucuları olacaq. Biz də yarışırıq, hər gün biliklərimizə yenisini əlavə edərək bu hədəfə doğru addım -addım irəliləyirik. “ə TB-2 SİHA’larımız göydəki müharibənin qəhrəmanı idi.   Selçuk Bayraktar ikici Qarabağ Vətən müharibəmizlə bağlı da danışıb: “Döyüş 44 gün davam etdi. Bayraktar TB-2 SİHA’larımız, 44 günlük müharibədə öz sözünü dedi.

image-610671cc4e3fe017d821a071

Həm kəşfiyyat və müşahidə apardı, hava hücumundan müdafiə sistemləri, çox inkişaf etmiş sistemlər olan hava hücumundan müdafiə sistemlərini aşgar etdi. Qarşı tərəfin hava gücüm sistemlərini təsirsiz hala gətirdilər, zərərsizləşdirdilər. Bunlara əlavə olaraq, yerüstü əməliyyatlarında tanklar, zirehli maşınlar, əlbəttə ki, çox sıx bir obüs və artilleriya batareyaları aşakarlamaqla bərabər,onları zərərsizləşdirmək üçün istifadə edildi. Hər növ meteoroloji şəraitdə gecə -gündüz, donanmalarda xidmət göstərirdi. Çox inkişaf etmiş elektron müharibə sistemlərinə qarşı, SİHA’larımız təsirlənmədən fəaliyyət göstərməli idi. Şükürlər olsun ki, əməliyyat çox qısa müddətdə uğurla başa çatdı və içimizdən qanayan yaranın bir mənada bağlandığını deyə bilərəm”.

Vətəninfo.az


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki