Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.
Veteninfo.az xəbər verir ki, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Sıra
№-si |
Aylıq vəzifə maaşının məbləği
(manatla) |
|
1. | Ali kateqoriya dövlət orqanlarında | 370 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 355 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 335 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 315 |
Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Baş nazir Əli Əsədovun imzaladığı digər qərara əsasən isə “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Qərara əsasən, İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.