image-4468413377556364backend

Bayden Zelenskiyə əsəbiləşdi: “Nankor olma”

image-reklam_sirab_01

ABŞ ilə Ukrayna arasında gərginlik yaşanır.

Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat yayıb.

Nəşr ABŞ Prezidenti Co Baydenin Ukrayna lideri Vladimir Zelenskiyə çox əsəbi olduğunu irəli sürüb.

Adı açıqlanmayan yüksək vəzifəli şəxslər Baydenin Zelenskinin dayanmadan yeni silah və yardım istəməsini “nankorluq” adlandırdığını deyib.

Mənbə qeyd edib ki, Ukraynaya 150 milyardlıq hərbi dəstək ayrılıb və bu, Rusiyanın belə hərbi büdcəsindən çoxdur.

Buna baxmayaraq, Zelenskinin yardımları “yetərsiz” hesab edərək, hər dəfə şikayət etməsinin ABŞ rəsmilərinin qəzəbinə səbəb olduğu vurğulanıb.

Hətta ABŞ rəsmiləri Baydenin bir dəfə yardımlardan razı olmadığını bildirdiyi üçün Zelenskiyə “Nankor olma” dediyini də qeyd edib.
Həmçinin, amerikalı generalların da Ukrayna rəhbərliyi ilə fikir ayrılığı yaşadığı xəbərdə yer alıb.

Xüsusilə, ABŞ generalları Baxmut şəhərinin strateji əhəmiyyətə malik olmadığını və bu şəhər uğrunda 22 mindən çox itki verməyin böyük səhv olduğunu düşünürlər. Lakin ukraynalılar isə Baxmutun işğal olunması ilə Donbası tamamilə itirəcəklərini söyləyirlər. Bu fikir ayrılığının da Pentaqonun Ukraynaya verdiyi dəstəyi nəzərdən keçirməyə vadar etdiyi iddia olunub.

Bununla yanaşı, mənbə Ağ Evin keçən ilin 26 sentyabrda Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinə hücumun arxasında ukraynalılardan ibarət bir qruplaşmanın olduğunu düşündüyünü bildirib.

Eyni zamanda, Baydenin Aleksandr Duqinin qızı Darya Duqinaya Ukrayna tərəfindən sui-qəsd edildiyi və Rusiya torpaqlarına hücumlar təşkil etdiyi üçün Zelenskiyə əsəbi olduğunu da önə sürülüb.

Nəşr bütün bunların fonunda ABŞ-ın Ukraynaya soyuq münasibətdə olacağını və hətta dəstəyin azaldılacağını proqnozlaşdırıb. /Cebhe.info/

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki