İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin cənazəsi yandırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.Siyasi xadimin külü olan qab onun valideynlərinin külü ilə birlikdə saxlanılacaq.
Məlumata görə, kremasiya mərasimi Piemont bölgəsində baş tutub.
Berluskoninin külünün olduğu qab Arkoridə siyasətçinin sağlığında onun xahişi ilə tikilmiş şəxsi villasının məqbərəsində yerləşdiriləcək.
Xatırladaq ki, İtaliyanın sabiq baş naziri 86 yaşında dünyasını dəyişib.