image-6049f4cd151aabackend

Beş türk hərbçisi şəhid oldu

image-reklam_sirab_01

Türkiyə Silahlı Qüvvələrinin beş hərbçisi İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada edilən təcavüz atəşi nəticəsində piyada leytenantı Fatih Uğur Altınbaş və mütəxəssis çavuş Kamal Özekin şəhid olduğu, 3 əsgərin yaralandığı bildirilib.

Açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya aparıldığı, bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Yaralanan piyada mütəxəssisi onbaşı Uğur Özdemir və piyada müqaviləli əsgər Mahmut Üçdağ xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və şəhid olub.

Daha yaralı bir əsgər şəhid olub

Nazirlikdən verilən açıqlamada dünən “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı tərəfindən açılan təcavüz atəşi nəticəsində yaralanan və xəstəxanada müalicəsi davam etdirilən piyada mütəxəssisi çavuş Özkan Lalenin bütün müdaxilələrə baxlayaraq xilas edilə bilmədiyi və şəhid olduğu bildirilib.

Açıqlamada “Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı verir, səbr diləyirik. Yaralılara isə şəfa diləyirik” ifadəsi yer alıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki