image-mehriban_eliyevabackend

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib – FOTO

image-reklam_sirab_01

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Veteninfo.zz xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki