image-reklam-veteninfo
image-1backend

Bişkekdə maraqlı an: İran Prezidenti qızı ilə Azərbaycan dilində danışdı – VİDEO

image-reklam-veteninfo

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedən İran Prezidenti Məsud Pezeşkianın qızı ilə danışığı diqqət çəkib.

Vətəninfo.az xəbər verir ki, Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib.

“Zəhra, bura gəl! Keç gəl bura!” – Məsud Pezeşkian qızına deyib.

İran Prezidentinin qızına Azərbaycan dilində müraciət etdiyi anın videogörüntüsü sosial mediada izləyici marağına səbəb olub.

Qeyd edək ki, Məsud Pezeşkian bəzi vacib xarici səfərlərə adətən qızı Zəhra Pezeşkianla gedir. Doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişdiyindən birinci xanımların da iştirak etdiyi mərasimlərdə İranı Prezidentin qızı Zəhra Pezeşkian təmsil edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki