Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkə silahlı qüvvələrinin heç bir itkisi yoxdur və düşmənə təzyiq göstərərək irəliləyir.
Vətəninfo.az xəbər verir ki, Zelenski axşam videomüraciətində cəbhə xəttindəki vəziyyətdən danışıb.
“Bəzi ərazilərdə əsgərlərimiz irəliləyir, bəzi ərazilərdə mövqelərini müdafiə edərək düşmənin hücumlarına, güclü hücumlarına müqavimət göstərirlər. İtirilmiş mövqelərimiz yoxdur, yalnız azad edilmiş mövqelərimiz var. Onların ancaq itkiləri var. Və ümumilikdə vəziyyət bizim nəzarətimiz və təzyiqimiz altındadır ki, bu da bizə bayrağımıza yol açmağa imkan verir”, – deyə Zelenski bildirib.
O, həmçinin Ukrayna ordusunun əsgər, zabit və komandanlığına göstərdikləri fədakar mübarizəyə, azad edilmiş və qorunan mövqelərinə görə təşəkkür edib.


























