image-surenbackend

“Biz ərazimiz, Qarabağ və suverenliyimiz hesabına güzəştə getməyə hazırıq”-Sarkisyan

image-reklam_sirab_01

1992-ci ildən bəri Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ABŞ-ın xarici siyasətində prioritet məsələ olub. Buş administrasiyasından sonra bu prioritet dəyişməyib.

Veteninfo.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan öz Facebook səhifəsində məlumat yayıb.

Ekspert qeyd edib ki, belə bir fürsət olan istənilən mərhələdə Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib: “İndiki proses Amerika siyasətinin aktivləşməsinə səbəb olub”.

Hər kəs anlayır ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini yerinə yetirib. Bu, tarixi bir məqamdır.

Hər kəs anlayır ki, Ermənistan öz strateji maraqlarından uzaqlaşıb və birtərəfli, sonsuz güzəştlərə, o cümlədən milli təhlükəsizliyin ziyanına hazırdır.

İndi bizi barışığa (Türkiyə və Azərbaycanla) razılaşmağa məcbur edəcəklər, çünki biz ərazimiz, Qarabağ və suverenliyimiz hesabına güzəştə getməyə hazırıq”, – S.Sarkisyan yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki