image-reklam-veteninfo
image-image_750x_64d0f09059434backend

“Biz Rusiyaya pilotsuz təyyarə vermirik”-İranın xarici işlər naziri

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan Tehranın Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı ittihamları rədd edib.

Eyni zamanda İranın baş diplomatı vurğulayıb ki, münaqişənin dərinləşməsinə və onun dönməz nəticələrinə gətirib çıxaran məhz Qərbin Ukraynaya silah tədarük etməsidir.

O, bu barədə Tokioda yapon ortağı Yoşimasa Hayaşi ilə danışıqların planlaşdırıldığı mətbuat konfransında bildirib.

“Ukrayna münaqişəsi zamanı biz heç vaxt Rusiyaya İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik”, – NHK onun sözlərindən sitat gətirib.

“Məhz Avropa və Amerikanın silah tədarükü daha çox dağıntılara və dağıdıcı nəticələrə gətirib çıxarır”, o əlavə edib.

Abdollahian həmçinin qeyd edib ki, Rusiya İran üçün “vacib qonşu ölkədir”.

“Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq əlaqələrimiz var”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki