image-ermeni-10-768x403backend

“Bizə övladlarımızı verin”-İTKİN DÜŞMÜŞ ERMƏNİ ANALARI 

image-reklam_sirab_01

Veteninfo.az erməni telgram kanallarına isitnadən xəbər verir ki, 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən darma-dağın edilən Ermənistan ordusundan 8-10 minə yaxını əsgər və zabiti məhv edilib.Amma Ermənistan rəhbərliyi bu günə kimi həqiiq rəqəmləri gizlədərək,əhalinin qəzəbindən sığortalanmaq istəyir.Bu üzdəndir ki, Paşinyan iqtidarı 44 günlük savaşda  ölənlərin sayını 3621, itkin düşənlərin sayını 321,yaralıların sayını isə  11 mindən çox olaraq göstərir.Müharibədə itkin düşmüş hərbçilərin valideynləri isə artıq hökumətin yalanları qarşısında susmaq istəmirlər.Məlumata görə, itkin düşmüş hərbiçilərin valideynləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə görüş tələb edirək, MTX-nin qarşısına toplaşıblar.Onlar xüsusi xidmət rəisindən suallarına cavab almaq istəyirlər.Məlumata görə, bir qrup valideyn Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasına toplaşaraq binaya daxil olaraq idarənin rəisi Armen Abazyanla görüş tələb ediblər.İtkin düşmüş əsgərin anası “Görüş tələb edirik və bizi qəbul etməyənə qədər ayrılmayacağıq. Bu, suallarımıza cavab almaq üçün yeganə yoldur” deyir.Qadın bir qrup valideynlər adından deyib ki, 10 aydan çoxdur ki, oğullarından xəbər almırlar: “Stepanakertdəki  (Xankəndindi) hərbi hissələrdən birində xidmət edirdilər.Onlarla ünsiyyət 2020 -ci ilin oktyabr ayında kəsildi”. İtkin əsgərin anası əlavə edib ki, valideynlər ümidsizlikdən həddindən artıq tədbirlərə əl atmağa məcburdurlar: “Övladlarımız  haqqında məlumat alana qədər MTX-nin qəbul şöbəsində qalacağıq.Bütün bu müddət ərzində dövlət qurumlarına anlayışla yanaşmağa və işlərinə müdaxilə etməməyə çalışdıq, amma indi başqa çıxış yolu yoxdur”. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları vətəndaşlardan küçədə gözləmələrini istəsələr də, idarənin qəbul şöbəsindən çıxmaqdan imtina ediblər. Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki