image-371118_res_01backend

“Bizim ətrafımızda qeyri-stabillik zolağı formalaşdırmağa çalışırlar”

image-reklam_sirab_01

Qərb ölkələri Rusiyanın ətrafında qeyri-stabillik zolağı yaratmağı, onu hansısa “sanitar kordonla” əhatəyə almağı planlaşdırır.

 

Veteninfo.az  xəbər verir ki, belə bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov “Rusiyanın xarici siyasəti: uğurlar, vəzifələr və perspektivlər” mövzusunda keçirilən seminarda (videokonfrans formatında) çıxış edib.

Nazirin sözlərinə görə, belə cəhdlər Rusiyanın yaxın qonşularının və tərəfdaşlarının , o cümlədən Belarusun və Moldovanın hesabına edilir. “…Bizim ətrafımızda qeyri-stabillik zolağı formalaşdırmağa çalışırlar, yaxın qonşularımızı, bizə qardaş xalqları seçimə məcbur edirlər, deyirlər ki, sən ya Qərbləsən, ya Rusiya ilə. Bizim ətrafımızdakı əraziləri ən müxtəlif yollarla, həm hərbi, həm iqtisadi yollarla öz nəzarətlərinə almaq, Rusiyanın ətrafında “sanitar kordon” yaratmaq istəyirlər. Hələ üstəlik bundan hansısa fayda götürmək istəyirlər ki, Qərb bizimlə qonşu olan ölkələrin inkişafına həlledici təsir göstərəcək”,-Lavrov belə deyib.

 

Nazirin sözlərinə görə, Qərbin bu siyasi dəst-xətti ən parlaq şəkildə Ukraynada özünü göstərib, habelə son aylarda rəngli inqilablar metodu ilə Belarusda vəziyyəti qarışdırmağa cəhd ediblər. Lavrov qeyd edib ki, ABŞ və Avropa İttifaqı ölkələri Moldova uğrunda geosiyasi rəqabət başladıblar, seçki kampaniyasının gedişində açıq təbliğatdan çəkinməyiblər. (Moldovada bu günlərdə keçirilən parlament seçkilərində rusiyameylli qüvvələr məğlub olub,-red.)

“Elə indi də bizim qərbdən olan həmkarlarımız  Mərkəzi Asiya və Cənubi Qafqaz da daxil olmaqla Rusiyanın sərhədlərinin perimetri boyu öz iştiraklarını genişləndirməyə çalışırlar, o cümlədən hərbi iştiraklarını”,-Lavrov sensasion dəyərləndirmələrinə davam edərək bildirib. Xarici işlər naziri deyib ki, bütün bu cəhdlərin son məqsədi Dövlət Dumasına seçkilər ərəfəsində  Rusiya daxilində vəziyyəti “qarışdırmaq”dır.

 

Qeyd edək ki, Lavrov Qərbin Cənubi Qafqazda da öz iştirakını genişləndirməyə çalışmasını Rusiyaya təhdid kimi dəyərləndirib, amma rusiyameylli qüvvələrin seçkiləri uduzduğu Ermənistana toxunmayıb. Hansı ki, eyni məntiqlə Ermənistanda da Rusiyanın Qərb tərəfindən sıxışdırılmaqda olduğunu demək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki