Bloomberg-in 21 sentyabrda bir mənbəyə istinadən verdiyi məlumata görə, Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır.
Vətəninfo.az xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, “Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqları üçün ehtiyat hissələri təmin edirlər”.
Bloomberg vurğulayıb ki, Ukrayna enerji infrastrukturu obyektlərinə mümkün zərbələr səbəbindən münaqişənin ən sərt qış dövrünə hazırlaşır.


























