Böyük Britaniya hökuməti Azərbaycanda minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün əlavə 500.000 funt-sterlinq ayıracağını məmnuniyyətlə elan edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld öz müraciətində bildirib.
“Bu dəstək Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün Azərbaycanın Minalardan Təmizləmə üzrə Milli Agentliyi və BMTİP ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın minatəmizləmə əməliyyatları üzrə potensialını inkişaf etdirməyə kömək edəcək”, – səfirliyin bəyanatında deyilir.


























