image-photocollage_1637492489226backend

BOZ KARDİNALIN klinikasının baş həkimi yol hərəkətini pozdu-FOTO

image-reklam_sirab_01

Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimindir?

Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Veteninfo.az xəbər verir ki,jurnalist Samir Feyruzov bununla bağlı araşdırma aparıb və sosial şəbəkələrdə paylaşıb.Samir Feyruzov yaydığı məlumatı olduğu kimi təqdim edirik.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Onu da qeyd edim ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur.

Samir Feyruzov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki