Parisdə fransız aktrisası Bricit Bardotun şəxsi əşyalarının hərracı təşkilatçılara ilkin qiymətləndirmədən təxminən 20 dəfə çox, yəni təxminən 1 milyon avro qazandırıb. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Guardian” yazır.

Hərraca aktrisanın Sen-Trope və Parisdəki evlərindən 285 əşya, o cümlədən geyim, aksesuarlar, mebel, avtoportretlər və musiqi alətləri daxil idi. Təşkilatçıların sözlərinə görə, satışa maraq gözləntiləri xeyli üstələyib: əşyaların təxmini dəyəri təxminən 50.000 avro olub.
Ən bahalı lotlar arasında rusiyalı alıcıya 9400 avroya satılan iki it boynuq, 40.000 avroya özünün portreti, 4600 avroya yazı maşını və müvafiq olaraq 8600 və 1900 avroya satılan iki gitara var idi.

Əldə edilən gəlir Bardot tərəfindən təsis edilən heyvanların qorunması fonduna, eləcə də oğlu Nikolas Jak Şaryeyə gedəcək.
Bardot Fondunun idarəedici direktoru Ghislaine Calmels bildirib ki, “Bu satış onun 1987-ci ildə özünün təşkil etdiyi işin məntiqi davamıdır. O zaman o, fondu yaratmaq üçün ən qiymətli əşyalarını satmışdı. Bu gün onun mübarizəsi bu hərrac sayəsində davam edir.”

Bardotun əri Bernard d’Ormal hərracı tənqid edərək, bunu aktrisanın xatirəsinə hörmətsizlik adlandırıb. AFP-yə verdiyi müsahibədə o, aktrisanın şəxsi əşyalarının onun mirasının bir hissəsi kimi qorunmalı olduğunu bildirib və əlavə edib ki, Bardot “bu satışa razı olmazdı”.
Bardot 2025-ci ilin dekabr ayında 91 yaşında vəfat etdi.


























