image-erdogambackend

“Bu görüş baş tutarsa, Ermənistanla diplomatik əlaqələr qurulacaq”

image-reklam_sirab_01

“Zəngəzur dəhlizinin açılması siyasi bir məsələdir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın dəhlizinin açılmasının əleyhinə olmasına münasibət bildirərkən deyib:

“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyib Ərdoğanla görüşmək istəyirsənsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, – deyə Ərdoğan söyləyib.

Türkiyə lideri ümid edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki