image-59189043_2549952935061660_3953642177652850688_nbackend

“Bu gün bölgədə baş verən prosesləri İlham Əliyev müəyyənləşdirir”-Oleq Kuznetsov

image-reklam_sirab_01

Rusyanın Cənubi Qafqazda imparatorluq mirasını düşünmədən itirdiyini görmək məni çox incidir. 2016-cı ilin aprel hadisələrindən sonra Kremli Ermənistanı 50 milyar dolara Azərbaycana sata bilərdi.Fəqət çox təssüflər olsun bunu etmək yerinə,əksinə Ermənistana silahlandırmağı üstün tutdu.

 

Veteninfo.az xəbər verir ki.bu fikirləri Rusiyalı ekspert Oleq Kuznetsov özünün sosial şəbəkədəki hesabında paylaşdığı məqaləsində vurğulayır.

 

Onun sözlərinə görə  27 sentyabrda başlayan 44 gün davam edən,Ermənistanın kaputuliyasiya aktına imza atması ilə sona çatan müharibədə Azərbaycan müharibəyə sərf etdiyi maddi xərclərini, ələ keçirdiyi erməni ordusunun  2,5 milyar dolarlıq qəniməti,hərbi texnika və digər hərbi qənimətlərlə qarşılamış oldu.

“Düşünün Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələridə Azərbaycana təfil verildi. Bu xəritələr üzrə aşkar edilərək,hər hansı bir şəkildə zəzər görməyən  minanın qiyməti 300 ABŞ dollarıdı.Deməli əraziyə basdırılan 50-100 min partlamamış mina Azərbaycan ordusuna küllü miqdarda vəsait qazandırmış olacaq. Rəsmi Bakıya son bir ay içərisində  rəsmi İrəvan təqribi 200 min basdırılmış mina sahəsinin xərtəsini Verdi. Bundan sonra ən az bu qədər də basdırılan sahənin xərtəsini Bakı alacaq. Bu da dövlət büdcəsinə ekstra 150  milyon dollar əlavə vəsaitin daxil olması deməkdi”.

Ekspertin sözlərinə görə,Azərbaycanın təkcə əldə etdiyi xərtələr nəticəsində  zərər görmədən çıxaracağı minaların ümumi dəyəri,Rusiyanın Ermənistana  hər hansı bir qarşılığı verilmədən təqdim etdiyi  200 milyon dollarlı hərbi yardıma bərabərdir.

“ Düşünün Rusiya bu qədər minanı,silah-sursatı Ermənistana pulsuz verib. Amma bu qədər silah-sursatı Azərbaycana satıb küllü miqdarda vəsait əldə edə bilərdi. Ancaq indi bölgədə söz sahibliyini itirməmək üçün bu xərtələri,bu silahları özü Bakıya məcburi verir”.

Oleq Kuznetsov vurğulayıb ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda təkcə Ermənistan ordusu tərəfindən tərk edilərək atılan milyonluq silah-sursat əldə etməyəcək,eyni zamanda bu torpaqların  yeraltı və yerüstü sərvətləri ilə də ölkənin iqtisadi və maliyyə imkanlarını artırmış olacaq.

Siyasi ekspert vurğulayır ki. Son 15 hərbi əsrin dəyişdirilməsi prosesində Azərbaycan və Ermənistanın Rusiyaya rəhimi gəlib. Və buna görə də general Muradov taksi sürücüsü rolunda iştirak edib.

“Əgər tərəflərdən biri desəydi ki,biz əsirlərin və xərtələrin Gürcüstan üzərindən verilməsini istəyirik onda necə olacaqdı? Açıq deyək ki,bu gün bölgədə baş verən prosesləri Azərbaycan rəhbərliyi müəyyənləşdirir.Yəni İlham Əliyev müəyyənləşdirir.O üçtərəfli razılaşmanın davam etməsi,bölgədə sülhün və tərəqqinin gəlməsi naminə,Rusiyanı proseslərin içərisində saxlayır.Amma eyni zamanda dolayısı ilə də çatdırır ki, mən izin verməsəm sən burda iştirak edə bilməzsən”.

Ekspert sonda vurğulayır ki. Kremli bölgədə Azərbaycanla daha yaxşı münasibətlər qurmaq,daha yaxşı müttəfiq olmaq üçün İravanı Bakının qucağına buraxmalıdır.Başqa cür Rusiya bölgədə qala bilməyəcək  və bu gec-tez baş verəcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki