image-image_750x_647984fcd8fa6backend

Bu gün deputatlar, sabah Ərdoğan and içəcək

image-reklam_sirab_01

Şənbə günü, iyunun 3-də Rəcəb Tayyib Ərdoğanın xarici ölkə liderlərinin iştirakı ilə andiçmə mərasimi, eləcə də Nazirlər Kabinetinin yeni tərkibinin dərci gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun deyib.

Altunun sözlərinə görə, iyunun 2-də yeni çağırış parlament üzvlərinin andiçmə mərasimi keçiriləcək.

“Şənbə günü prezident də parlamentdə and içəcək və Atatürkün məqbərəsini ziyarət edəcək”, – deyə rəsmi bildirib.

O, həmçinin əlavə edib ki, xarici liderlərin iştirak edəcəyi andiçmə mərasimindən sonra şam yeməyi nəzərdə tutulub.

Altun eyham vurub ki, mərasimdən sonra Ərdoğan hökumətin yeni tərkibini açıqlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki