Bu gün keçirilən KTMT katiblərinin iclasında Ermənistan bu təşkilatdan çıxa bilər. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə “Joqovurd” qəzeti çıxış edib. Qəzet iddia edir ki, daim KTMT-dən şikayət edən və KTMT-ni tənqid edən Şura katibi Armen Qriqoryan bu gün KTMT katiblərinin iclasında iştirak edəcək.
“Joqovurd” gündəlik qəzetinə Ermənistan hökumətdən bildirilib ki, Nikol Paşinyanın qərarı ilə Nazirlər Şurasının katibi sessiyada iştirak etmək üçün iyunun 7-8-də Belarusa göndəriləcək.
Maraqlıdır ki, Armen Qriqoryan hakimiyyətin bəlkə də ən anti-Rusiya təmsilçisi hesab olunur, o, KTMT-ni daim tənqid edir və hətta onun KTMT-dən çıxmasına mütəmadi çağırışlar edir.
“Joqovurd” qəzeti iddia edir ki, Paşinyan Armen Qriqoryanı iclasa göndərməklə bu təşkilatdan çıxmağı tezləşdirmək niyyətindədir.