image-emnetbackend

Bu gündən sığortalanan əmanətlərin həcmi 100 min manata çatdı

image-reklam_sirab_01

Bu gündən etibarən “”Əmanətlərin tam sığortalanması” haqqında qanunun müddəti bitir.

Busaat.az xəbər verir ki, Prezident İlham Əliyev ötən ilin dekabrında sözügedən qanunda dəyişikliyi təsdiq edib. Bununla da əmanətlərin tam sığortalanması müddəti daha 3 ay artırılmışdı. Bu gündən etibarən isə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür.

Bundan sonra banklarda əmanətlərin sığortalanması “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Artıq qəbul edilmiş yeni tənzimləməyə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Yəni mövcud 30 min manat qorunan əmanət məbləği 100 min manata qaldırılıb. Bundan əlavə, yeni dəyişikliklərə əsasən 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunacaq. O cümlədən, notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də bu qəbildən olan qorunan əmanətlər siyahısına daxil ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image