image-reklam-veteninfo
image-andreybackend

“Çexiya Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür”-ARZUMAN MURADLI

image-reklam-veteninfo

“Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Bu inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin 2026-cı ilin aprel ayında Azərbaycana reallaşdırdığı rəsmi səfərdir”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfərin şərh edən zaman, siyasi ekspert Arzuman Muradlı bilirib.

image-arzuman-muradli

Ekspert qeyd edir ki, Andrey Babişin səfəri onun Avropa İttifaqı hüdudlarından kənara etdiyi ilk rəsmi səfərlərdən biri kimi tarixə düşüb: “Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Andrey Babiş arasında həm təkbətek, həm də geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasındakı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin ruhuna uyğun olaraq siyasi dialoqun dinamik inkişafı vurğulanıb.Qeyd etməliyəm ki, səfərin əsas gündəm maddələrindən biri Avropanın, xüsusilə də Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan roludur. Çexiya Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edir və təbii qaz tədarükünün şaxələndirilməsi (diversifikasiyası) məqsədilə Bakı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir”. Arzuman Muradlı vurğulayıb ki, Baş naziri səfər zamanı 50-yə yaxın Çexiya şirkətinin nümayəndəsi müşayiət edib. Bu, kənd təsərrüfatı, infrastruktur, nəqliyyat və yüksək texnologiyalar sahəsində yeni investisiya imkanlarının araşdırılmasına xidmət edir: “Azərbaycan və Çexiya arasında ticarət əlaqələri sabitdir. Məlumatlara görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dollarından çox olub. Azərbaycan Çexiyanın neft tələbatının əhəmiyyətli bir hissəsini (təxminən 25-30%) təmin edən əsas ölkələrdən biridir”. Ekspertin sözlərinə görə, Andrey Babişin səfəri göstərdi ki, Çexiya Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür. Bu görüşlər həm iqtisadi layihələrin sürətlənməsinə, həm də Qərb ilə Şərq arasında körpü rolu oynayan Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki