image-347254065_1979503432401451_7680676807035197763_nbackend

“Bu Putinə  qarşı qiyamdır”- Arzuman Muradlı

image-reklam_sirab_01

” Rusiyada baş verənlər Putinə qarşı qiyamdır. Pirojin Şoyquya və Gerasimova görə bunu etdiyini desə də əslində o hakimiyyət uğrunda savaşa başlayıb”- Vətəninfo.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva departamenti artıq həyəcan təbili çalıb.
“Moskvada təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib və şəhərin növbətçilərinə təhlükə zamanı atəş açmaq əmri verilib. Eyni zamanda, Rostov vilayətində küçələrə zirehli texnikalar yerləşdirilib. Şəhərin əsas prospektləri hər iki tərəfdən bağlanıb. Ölkənin güc strukturlarının tam döyüşə hazır vəziyyətə gətirildiyi bildirilib. Hesab edirəm ki, Pirojinin arzusu reallaşmayacaq və o tərkisilah ediləcək” -deyə Arzuman Muradlı bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki