Vətəninfo.az xəbər verir ki, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan özünün “facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı açıqlamasına bildirib ki, bu gün erməni tərəfinin əlində bir imkan mövcuddur və rəsmi İrəvan bu imkandan ən yaxşı şəkildə yararlanmalıdır.
Vardan Oskanyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərində Ermənistanın əlində sülh müqaviləsi deyilən müqaviləni imzalamaq və ya imzalamamaq imkanı vardır: “Təbii ki, bu təsir rıçaqları bu gün xeyli zəifləyib, çünki Ermənistan hakimiyyəti əvvəlcədən demişdi ki, “Artsax” Azərbaycanın bir hissəsidir, əraziləri Azərbaycana qaytarmağa hazırdırlarla. Lakin bütün bunlar sözlə deyilib”. Sabiq nazir vurğulayıb ki, nə qədər ki, həmin sülh müqaviləsi imzalanmayıb, deməli Ermənistan da öz gücünü itirməyib: ” Düşünürəm ki, bu rıçaqdan ən yaxşı şəkildə istifadə etmək lazımdır, amma elə istifadə etmək lazımdır ki, başımıza yeni müharibə gətirməyək”.