image-1680041842_iqbal-memmedov-meclisdebackend

Bu sui-qəsd dövlətimizə uzanan xain əlidir

image-reklam_sirab_01
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı onun həmkarları tərəfindən hiddətlə qarşılanıb. Milli Məclisin üzvləri sözügedən terro aktını kəskin şəkildə pisləyərək bu hadisəni ümumilikdə Azərbaycan dövlətinə qarşı yönəlmiş bir cinayət kimi xarakterizə ediblər.

Elə Milli Məclisin deputatı İqbal Məmmədov da bu qənaətdədir. Millət vəkili  verdiyi açıqlamada qeyd edib ki, baş verən sui-qəsd təkcə Fazil Mustafaya, Azərbaycan parlamentinə qarşı yox, həm də dövlətimizə uzanan xain əlidir:

“Fazil Mustafaya qarşı törədilən sui-qəsdi qətiyyətlə pisləyirəm. Əminəm ki, ən qısa zamanda bu cinayəti törədənlər tapılıb öz layiqli cəzalərini alacaqlar. Deputat həmkarıma Allahdan şəfa diləyirəm”.

İqbal Məmmədov onu da qeyd edib ki, Fazil Mustafa hər zaman xalqının, vətəninin təşəbüsünü çəkən, ölkəmizin milli maraqlarina xidmət göstərən, vətəninə, xalqına xidmət edən ziyalımızdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki