Bu səhər PUA-ların Moskvaya hücumu beynəlxalq terror aktıdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə RTVI-ya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O, baş verənləri şərh edərkən deyib: “Bu, beynəlxalq terror aktıdır.
Daha əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, səhər saat 4:00 radələrində pilotsuz təyyarələr paytaxtda iki qeyri-yaşayış binasına zərbələr endirib, ciddi dağıntılar törədib və itki yoxdur.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi də öz növbəsində iki ATS ilə terror aktı törətmək cəhdinin qarşısı alındığını açıqlayıb.