image-resizebackend

“Bunu edənlər qarşısında Azərbaycanla Türkiyəni görəcək“ – Qəti mövqe

image-reklam_sirab_01

Son günlər böyük dövlətlərin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyaraq Azərbaycanı fakt qarşısında qoya biləcəyi barədə fikirlər səslənir. ABŞ prezidenti Co Baydenin ermənipərəst mövqedən çıxış edərək aprelin 24-də “erməni soyırımı” ifadəsini işlətməsi isə bu mülahizələri daha da alovlandırıb. Sözügedən fikrin müdafiəçilərindən biri isə REAL Partiyasinin sədri İlqar Məmmədovdur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Qərbin bəzi mərkəzlərində Azərbaycanın qələbəsini həzm edə bilmirlər:

“Bu istiqamətdə mən də müəyyən açıqlamalar eşitmişəm. Məsələn, Fransanın Senat rəhbəri bu günlərdə Yerevana gedib onlarla birlikdə “soyqırımı”nı qeyd etdi. Hətta “Qarabağın müstəqilliyini tanımaq lazımdır” kimi fikir işlətdi. Onlar keçmişdə belə ifadələri dilə gətirmirdi. Bəhanə edirdilər ki, Minsk qrupu danışıqlar aparır. İndi is Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Elə Baydenin “soyqırımı” ifadəsini işlətməsinin əsas səbəblərindən biri də Azərbaycanın Qarabağda Türkiyə ilə birgə qazandığı uğurdur”.

Politoloq hesab edir ki, Qərbdə hansısa mərkəzlər “müstəqillik” mövzunu gündəmə gətirə bilər:

“Amma inanmıram ki, özünə hörmət edən hansısa bir Qərb ölkəsi rəsmən “DQR müstəqilliyi”ni tanımağa risk etsin. Bu, birincisi, bölgənin iki aparıcı dövləti olan Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşdirilməsi demək olar. İkincisi, Azərbaycan dərhal həmin ölkə ilə bütün diplomatik əlaqələri kəsmək məcburiyyətində qalar. Bütün bunlar varkən, hansısa Qərb ölkəsinin belə bir addım atacağını zənn etmirəm. Amma belə söz-söhbətlər olacaq – hansısa Qərb konqresmeni, siyasətçisi məsələni gündəmə gətirməyə çalışacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki