image-8799f1a924e96f3f5570ca4f1e57165ebackend

Cahangir Əsgərov: “Azərbaycanın hava məkanında uçuşlar bir gün də olsun dayanmayıb”

image-reklam_sirab_01

“Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb”.

“Azərbaycan Hava Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov deyib.
Onun sözlərinə görə, bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və, ümumilikdə, mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir, bununla əlaqədar aviadaşıycıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir: “Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım olduğunu anlayırıq.
Bu gün, heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işində həmrəy olmaq, bir-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacıbdir”.
vurğulayıb ki, Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb: “Ölkə regional miqyasda aviasiya nəqliyyat-logistika mərkəzi kimi çıxış etməyə davam edir

Veteninfo.az
Fərid


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki