image-image_750x_64c210434807fbackend

Cəbhədən qələbə müjdəsi gəlir – Vladimir Zelenski

image-reklam_sirab_01

Bu gün Ukrayna hərbçiləri cəbhədə yaxşı nəticələr əldə edib. Vətəninfo.az RBK-Ukrayna-ya istinadən  xəbər verir ki, bu barədə dünən axşam Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O, başqa təfərrüatları açıqlamayıb, ancaq eyham vurub ki, Ukrayna hərbçilərinin cəbhədəki işinin nəticələri çox, çox yaxşıdır. Ukrayna prezidenti həmçinin bildirib ki, iyulun 26-da axşam Rusiyanın kütləvi hücumu nəticəsində bir neçə zərbə olub.

“Bir neçə zərbə, o cümlədən raket atəşi olub. Lakin bu hücumların bizim hava hücumundan müdafiə sistemimiz tərəfindən dayandırılması çox vacibdir”, – deyə Zelenski vurğulayıb.

O xatırladıb ki, ilkin məlumata görə, təkcə iyulun 26-da Rusiyanın zərbə cəhdi zamanı 30-dan çox raket məhv edilib. Ukrayna prezidentinin sözlərinə görə, Krımdakı rus əsgərləri Krım körpüsü işlək olduğu müddətdə vətənə qayıtmağı düşünməlidir.

“Əslində artıq… orada Krımda düşünməyə dəyər ki, nə qədər ki, Krım körpüsü hansısa şəkildə işləyir, onlar Rusiyaya evlərinə qayıtmalıdırlar. Krım, bütün Ukrayna kimi, azad olacaq”, – prezident Zelenski söz verib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki