image-photo-2021-11-29-16-54-10-1backend

ÇİN-dən SOÇİ görüşü ilə bağlı açıqlama

image-reklam_sirab_01

Çin Bakı ilə İrəvanla  arasındakı fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə ümid edir.

Veteninfo.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bunu çərşənbə axşamı brifinqdə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan Rusiya Federasiyası, Azərbaycan və Ermənistan və liderləri arasında Soçidə aparılan danışıqları şərh edərkən bildirib.

Noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin, və Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşiyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat imzalanıb. Xüsusilə, siyasətçilər ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üçün addımlar atmağa razılaşıblar.

Bu kontekstdə Lijian regionda sülh və sabitliyin bərqərar olmasında Moskvanın rolunu xüsusilə vurğulayaraq, Rusiya Federasiyasının səylərini yüksək qiymətləndirdiyini qeyd edib.

O, həmçinin Çinin Azərbaycan və Ermənistan bərabərhüquqlu əməkdaşlıq etdiyini xatırladaraq, tərəflərin bir-birinə doğru addım atacağına, ziddiyyətləri və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edəcəklərinə, regionda sülh və sabitliyi birgə müdafiə edəcəklərinə ümid etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki