Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozep Borrell Rusiyanın taxıl sazişindən çıxdığını, Ukrayna limanlarını bombalayaraq həmin zamanda taxılı yandırdığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Borrel “Bu vəziyyət dünyada ciddi ərzaq böhranına səbəb olacaq” deyib.
Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısından əvvəl jurnalistlərə açıqlama verən Borrell Ukraynadakı vəziyyətin əsas gündəm maddələri arasında olduğunu bildirib.
Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell “Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib. Onlar həmin zamanda taxılı yandırırlar” deyib.


























