image-1backend

Dəhşətli hücumun İLK GÖRÜNTÜLƏRİ yayıldı – İnsanlar risk altındadır  

image-reklam_sirab_01

Ukrayna ordusunun dünən səhər saatlarında Donetskin cənubundakı cəbhə xəttində 6 mexanikləşdirilmiş və 2 tank batalyonu ilə genişmiqyaslı hücuma keçdiyi açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, Rusiyanın nəzarətində olan Nova Kaxovka bəndi vurulub.

Ukrayna hücumun Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini bəyan edib. Rusiya isə bu iddianı təkzib edib.

647ec31c4e3fe028c479ed1b.jpg (31 KB)

Daşqınlar səbəbindən bölgədən təxliyələr başlanıb, 5 saat ərzində suyun səviyyəsinin kritik həddə çatacağı ilə bağlı xəbərdarlıq edilib. Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin təxminən 16 min insanın daşqınlar səbəbindən “kritik risk” altında olan ərazilərdə olduğunu açıqlayıb.

Milli televiziya ilə çıxış edən Prokudin bildirib ki, zərər çəkmiş yaşayış məntəqələrinin sakinləri avtobuslarla Xersona, oradan Nikolayev, Xmelnitski, Odessa, Kropivnitski, Kiyev və digər şəhərlərə köçürülüb.

647ecc9a4e3fe028c479ed88.jpg (34 KB)

Rusiya dövlət xəbər agentliyi bəndin ciddi zədələndiyi və daşqınlar olduğu iddiasını təsdiqləyib. Sözügedən xəbərdə 80 yaşayış məntəqəsinin təsir altına düşə biləcəyi ifadə edilib və hücum “terror aktı” olaraq qiymətləndirilir.

Bildirilib ki, hazırda Zaporojya Atom Elektrik Stansiyasında heç bir risk yoxdur.

Ukrayna prezidenti Volodimir Zelenski hadisədən sonra təcili iclas keçirmək qərarına gəlib. O, hücumla bağlı bunları deyib:

647ec3154e3fe028c479ed16.jpg (39 KB)

“Rusiya terrorçuları Kaxovka SES-in bəndini dağıtmaqla bütün dünyaya bir daha təsdiq etdilər ki, onlar Ukrayna torpağının hər yerindən qovulmalıdırlar. Onlara bir metr belə qalmamalıdır. Çünki onlar hər metrdən terror məqsədilə istifadə edirlər. Təhlükəsizliyi ancaq Ukraynanın qələbəsi qaytaracaq və bu qələbə bizimlə olacaq. Terrorçular Ukraynanı nə su, nə raket, nə də başqa heç nə ilə dayandıra biləcək”.

Digər tərəfdən Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar ölkənin şərqində, qızğın döyüşlər gedən Baxmutda Ukrayna qoşunlarının irəliləyiş əldə etdiyini bildirib.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki