image-64c8a5874a03dbackend

Denis Braun: “Ukraynadakı son hücumlardan sonra daha çox mülki vətəndaşın köməyə ehtiyacı var”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bildirib ki, Ukraynada son hücumlardan sonra daha çox mülki vətəndaşın köməyə ehtiyacı var və humanitar vəziyyət getdikcə pisləşir.

Braun BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən gündəlik mətbuat konfransına onlayn olaraq qatılaraq jurnalistlərin suallarını cavablandırıb.

Keçən həftə Ukraynaya səfər etdiyini bildirən Braun Odessa və Nikolayev şəhərlərində “Rusiyanın hücumlarının törətdiyi dağıntıların böyüklüyündən” danışıb.

Odessanın BMT-nin humanitar yardımlarının bölgəyə çatması üçün çox əhəmiyyətli olduğunu və şəhərdə çoxlu BMT əməkdaşı olduğunu bildirən Braun son bir neçə həftədə baş verən hücumların Odessa limanını və şəhərin mərkəzindəki BMT ofisinə bir neçə yüz metr məsafədəki kilsəni hədəf aldığını vurğulayıb.

BMT koordinatoru qeyd edib ki, Ukraynada mülki məqsədlər üçün istifadə edilən infrastrukturların hədəfə alınması Qara dəniz Taxıl Dəhlizi Sazişinin sona çatmasından “dərhal” sonra baş verib.

“Bu, hər iki tərəf üçün, bütün dünyada ac insanlar və ukraynalı fermerlər üçün həyat xətti idi”, – Denis Braun taxıl müqaviləsi haqqında deyib.

Ukraynada havaların çox sürətlə soyuduğuna diqqət çəkən Braun köməyə ehtiyacı olan mülki vətəndaşların sayının artacağını və 2023-cü ilin sonuna qədər 3,9 milyard dollarlıq büdcəyə ehtiyac olacağını qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki