image-serjbackend

Deputat Sarkisyanı ifşa etdi:100 milyon dollardan çox qumarda uduzub

image-reklam_sirab_01

 Veteninfo.az erməni telgram kanallarına istinadən xəbər verir ki,bu fikirləri Ermıənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan millət vəkili Xaçatur Sukiasyan bildirib. Məlumata görə, deputat bu fikirləri ilk dəfə səsləndirmir və o davamlı olaraq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı təhqir edən açıqlamalar verir. Xaçatur Sukiasyan parlamentin son iclaslarının birində də Sarkisyanla bağlı fikirlər sələndirən zaman,Sarkisyanın 90-cı illərdə Ermənistana gələndə ayağındakı ayaqqabların ayağının razmerindən böyük olduğunu,əynindəki paltarların üfunət verdiyini bəyan etmişdi.

image-28789148

”Sarkisyanın 90-cı ildə İrəvana gəlişin xatırlayıram,o zaman onun ayağındakı ayaqqabılar,öz razmerindən böyük,əynindəki paltarlar üfunət qoxurdu.Belə birinin sonralar kazinolarda 100 milyon dollar uduzması,ölkəni bataqlığa sürüklədi”.Məlumata görə, Serj Sarkisyan onu davamlı təhqir edən deputatı məhkəməyə verməklə qalmayıb, eyni zamanda deputtatdan Hərbi Sığorta Fonduna köçürəcəyi bir milyon dram (2 min dollar) məbləğində təzminat tələb edir. Xaçatur Sukiasyan isə bildirib ki,o Serj Sarkisyanın məhkəmə hədələrindən qorxmur və məhkəmədə Sarkisyanın qumarxanalrda nə qədər pullar uduzduğuna dair dəlilləri nümaiş etdirəcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki