Milli Məclisin sədri Sahibə Qafarova deputat Tahir Kərimlinin parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirən fikirlərə sərt reaksiya verib.
Veteninfo az-ın məlumatına görə, spiker bildirib ki, deputatın yiyəsi xalqdır:
“Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəyəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəyəm. Mən özüm çıxacağam kabinetdən, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.


























