Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı Modern.az-a açıqlamasında partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.
O, qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.
Söhbət zamanı Özdaşlı Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.



























