İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri deyib ki, pilotsuz təyyarələrdən istifadə bu gün Hərbi Dəniz Qüvvələrinin əsas müdafiə strategiyasına çevrilib.
Vətəninfo.az xəbər verir ki, Kontr-admiral Təngsiri çərşənbə günü deyib ki, həm İslam İnqilabı Keşikçiləri Korpusu, həm də İran ordusu tərəfindən pilotsuz təyyarələrin inkişafı olduqca diqqətəlayiqdir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı həmçinin qeyd edib ki, bu müdafiə nailiyyətləri İrana qarşı bütün təzyiq və sanksiyalara baxmayaraq əldə edilib.