“Bloomberg” beynəlxalq agentliyi planetin ən varlı adamlarının yeni reytinqini dərc edib və bu reytinqə əsasən, reytinq iştirakçılarının əksəriyyəti daha da varlanıb.
Vətəninfo.az xəbər verir ki, milyarderlər siyahısına Telsa şirkətinin yaradıcısı və Twitter-in sahibi, sərvəti 242 milyard dollar olan ixtiraçı İlon Mask başçılıq edir ki, bu da ilin əvvəlindən 105 milyard dollar çoxdur.
İkinci yerdə dünyanın ən varlı beş adamı arasında yeganə avropalı Bernard Arno qərarlaşıb. Onun sərvəti ilin əvvəlindən 36,1 milyard dollar artaraq, reytinqə görə 198 milyard dollar təşkil edib.


























