image-377192_res_01backend

“Əbülfəz Qarayevi məhkəməyə gətirin, çox işlərdən onun da xəbəri var…”

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Veteninfo.az xəbər verir ki, prosesdə şahid qismində “Azəraqrotikinti” ASC-nin nümayəndəsi, filial müdiri Nüsrət Ömərov dindirilib. O, ifadəsində bildirib ki, “Azəraqrotikinti” ASC keçirilən tendərlərdə qalib gəlib, təmir bərpa işləri üçün 31 milyon manat pul ayrılıb. Həmin məbləğ İncəsənət muzeyinin təmiri üçün sərf olunub.

Hakisoruşub:

-Həmin muzeydə dəfələrlə olmuşam, 31 milyon çox böyük vəsaitdir, bu qədər pulu nəyə sərf etmisiniz?

 

Şahid pulun nəyə sərf olunduğunu əsaslandıra bilməyib:

-Bizim filiallar var idi, mən baş idarədə işləyirdim, muzeydə restavrasiya işləri aparılırdı

Tərəflərin suallarını cavablandıran şahiddən tenderdə necə qalib gəldikləri soruşulub. N. Ömərov çalışdığı şirkətin bir sıra dövlət əhəmiyyətli  layihələrdə iştirak etdiyini, Gülüstan sarayında, Milli Məclisdə təmir bərpa işləri apardıqlarını deyib:

– Muzeydə İtaliya şirkətinin işçiləri işləyirdi, onlara 12 milyon pul ayrılmışdı. İşlər yüksək səviyyədə görülürdü. Xarici şirkətlər burada fəaliyyət göstərəndə şəraitli ev istəyirlər, istirahət istəyirlər, bizimkilər kimi deyillər. Xarici şirkətlərin burada qalması hamısı vəsaitdir, puldur. Bəzi xərclər nağd pul tələb edirdi, ayrılan pulun bir qismini nağdlaşdırıb çıxarırdıq.

 Şahid daha sonra sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin məhkəməyə çağırıb dindirilməsini istəyib:

– Xahiş edirəm Əbülfəz Qarayevi məhkəməyə çağırıb dindirəsiniz. Çox işlərdən onun da xəbəri var.

Z.Sultanov da sabiq nazirin məhkəmədə dindirilməsini istəyib:

-Bu işlərdə nazirin də iştirakı olub. Xahiş edirəm,  məhkəməyə çağırıb dindirilməsini təmin edəsiniz.

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək.

Xatırladaq ki, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin, obyektlərinin təmiri, bərpası üçün dövlət büdcəsindən ayrılan pulların bir qismini “otkat” qismində mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını-5 milyon manata yaxın vəsaiti (4 milyon manat nəğd, qalanı mal-mülk qismində) ödəyib./virtualaz.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki