image-modern-az-11-06-2021-1623402039backend

“Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəm”.Sabir Rüstəmxanlı

image-reklam_sirab_01

Deputat Sabir Rüstəmxanlı əlilliyin müəyyənləşdirilməsi ilə balı qanun layihəsinin müzakirəsində parlament üzvlərinin təkliflərinin nəzərə alınmamasına etiraz edib.

 

Veteninfo.az xəbər verir ki, S.Rüstəmxanlı bu barədə Milli Məclisin iclasında çıxış edib. O, Sosial siyasət komitəsinin sədri Musa Quliyevə iradını çatdırıb:

“Mən hörmətli Musa Quliyevin çıxışından belə başa düşdüm ki, əlilliklə bağlı qanun layihəsinin ilk oxunuşunda deputatların səsləndirdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Sadəcə bu qanunların dünya standartlarına uyğun olduğu qeyd edildi. Biz hələ də bilmirik ki, bu qanundan nə qədər insan əziyyət çəkəcək. Əgər qanunun meyarlar izah edilməsə, aydınlaşdırılmasa mən qanunun lehinə səs verə bilməyəcəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki