image-reklam-veteninfo
image-99backend

Ekspert: “Avropa İrəvanla Bakı arasında vasitəçilik etməkdə nə məqsəd güdür?”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Avropa məsələləri üzrə iranlı ekspert Əli Biqdeli İSNA-ya müshibəsində deyib ki, Avropa xristian ölkələrinin, o cümlədən Ermənistanın problemlərinə həssas yanaşır: “Mövcud vəziyyət göstərir ki, Ermənistan döyüşmək gücündə deyil, Azərbaycan və Türkiyə ilə razılığa gəlməyə məcburdur”.
O, Brüsseldə Avropa Şurası Prezidentinin vasitəçiliyi ilə Bakı və Yerevan arasında danışıqların yeni raundu ilə bağlı təhlilində bildirib: “Unutmayaq ki, Ermənistanın baş naziri Paşinyanın Ərdoğanın inaqurasiya mərasimində iştirakı özündə çox vacib mesajı ehtiva edirdi və Ermənistanın artıq müharibə aparmaq gücündə olmadığını, Azərbaycan və Türkiyə ilə barışmalı olduğunu göstərdi”.
Ekspertin sözlərinə görə, nəzərə alsaq ki, hazırda Azərbaycan “Şimal-Cənub”, eləcə də “Qərb-Şərq” dəhlizlərini genişləndirir, bu dəhliz yekunlaşarsa, İranın Qafqazın o biri tərəfi ilə əlaqəsi kəsiləcək və İran yük maşınlarının gediş-gəlişi mümkün olmayacaq. Buna görə İran hətta bir neçə dəfə sərhəddə hərbi təlim keçirib.
“Ermənistan müqavimət göstərməyin artıq nəticəsiz olduğu qənaətinə gəlib, digər tərəfdən Rusiya da Ermənistanı hansısa formada onlarla razılığa gəlməyə sövq edib. Üçüncü, tərəfdən Ermənistan xristian ölkəsidir və Avropa xristian ölkələrinə münasibətdə həssasdır”,-deyə Biqdeli əlavə edib.
“İrəvan və Bakının razılığa gəlməsi geosiyasi baxımdan İran üçün zərərli olacaq” deyə iddia edən ekspert bildirib: “Yaranan vəziyyətdən çıxış edərək Ermənistan iki güclü dost olan Azərbaycan və Türkiyə arasında qərar verməli oldu. Nəzərə alaq ki, bizim geosiyasi təcridimiz arzuolunan deyil”.
Sitat: “Şərq-Qərb dəhlizinin yaradılması Mərkəzi Asiyaya qədər davam edə bilər, hətta Pakistan və Türkiyənin Xəzərdə keçirdiyi hərbi təlim də bu istiqamətdə olub. Ona görə də bu dəhliz Xəzərdən keçməklə Mərkəzi Asiyaya yaxınlaşaraq, sonda “Bir kəmər, bir yol” mürşrutuna birləşəcək”.
“Avropanın Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə dəstək verməsi NATO-nun bu regionda genişlənmək və Xəzər hövzəsinə yaxınlaşmaq siyasətinin davamıdır?” sualına ekspert belə cavab verib:
“Heç bir halda NATO bu bölgəyə gəlməyəcək, çünki bura qərblilər üçün geosiyasi baxımdan əhəmiyyətli deyil və bu regionda mövcud olmaq səyləri İranı cilovlamaq məqsədi daşıyır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki