image-screenshot_20230510-181646_gallerybackend

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib – VİDEO

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş edib.

 

 

Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3905 metr olan “Qapıcıq” zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.

Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki